Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib.
“Yeni Gündəm” xəbər verir ki, İtaliya çempionu “Yuventus” ölkə kubokunun qalibi “Napoli” ilə qarşılaşıb.
Turin təmsilçisi bu oyunda iki cavabsız qolla qalib gəlib və tarixində 9-cu dəfə Super Kubokun sahibi olub.
Bu oyun “Yuventus”un hücumçusu Kristiano Ronaldo üçün də əlamətdar olub. Portuqaliyalı futbolçu bu görüşdə hesabı açmaqla futbol tarixinin ən çox qol vuran oyunçusuna çevrilib. 35 yaşlı hücumçu karyerası ərzində vurduğu qolların sayını 760-a yüksəldib. Bununla da o, çex hücumçu Josef Biçanın bu göstəricidəki rekordunu (759 qol) geridə qoyub. Ronaldo Portuqaliya millisi, “Sportinq” (Lissabon), “Mançester Yunayted”, “Real” və “Yuventus”da ümumilikdə 1036 matç keçirib.
İtaliya Super Kuboku
20 yanvar
Yuventus – Napoli 2:0
Qol: Ronaldo, 64. Morata, 90+5.