Rusiya dövlət televiziyası olan Rossiya 1 kanalında skandal açıqlama yayımlanıb.
“Yeni Gündəm” Haberler.com-a istinadən xəbər verir ki, Rusiya prezidenti Putinə yaxınlılığı ilə tanınan aparıcı Dimitri Kiselyov böyük bir iddia ilə çıxış edib.
Aparıcının iddialarına görə, Ukrayna ordusu ölkənin şərqində minlərlə insanı qətlə yetirib.
Dimitri Kiselyov bu gərginliyin arxasında Qərb liderlərinin olduğunu bildirib.
“Bu müharibədə kimlər maraqlıdır”, aparıcı deyib və efirdə Prezident Rəcəb Tayyib Ərdoğan, Fransa lideri Makron və İngiltərə Baş naziri Boris Consonun fotoları göstərilib.