Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşdübackend

prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Səfər çərçivəsində AFFA prezidenti FİFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

Hazırda Doha şəhərində klublararası dünya çempionatı keçirilir.