Azərbaycan Futbol Federasiyası Assoasiyasında prezidentlik uğrunda mübarizə başlayıb, amma…
Poliqon iki mənbəyə istinadən xəbər verir ki, yaxın zamanlarda Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti, Azərbaycan Futbol Federasiyası Assoasiyasının prezidenti Rövnəq Abdullayev həm hökümətdəki, həm də AFFA-dakı vəzifələrini itirəcək. Mənbələr qeyd edib ki, son bir neçə ayda Rövnəq Abdullayev onsuz da işlərdən kənarlaşdırılıb və vəzifə səlahiyyətlərinə uyğun olaraq, demək olar ki, heç bir şeyə təsir etmək imkanları qalmayıb. Ümumiyyətlə isə son iki ayda Azərbaycanın axır dönəmlərinin ən varlı və məşhur məmur-oliqarxı səhhəti ilə və çox saylı şirkətləri ilə daha çox məşğul olur.
Mənbələrdən biri qeyd edib ki, Rövnəq Abdullayev ölkədəki əmlaklarını və sərvətini ölkədən çıxarmağa çalışır və bunun üçün yaxın qohumlarının əlində olan çox saylı ofşor şirkətlərdən istifadə edir.
AFFA-yla əlaqəli olan mənbəmiz isə bildirib ki, Rövnəq Abdullayevin AFFA-dan getməsi artıq dəqiqləşib. Mənbə qeyd edib ki, ən yaxın zamanda, ola bilsin ki, aprel, ya da may aylarında AFFA-nın konfrans keçirilsin. Bu konfrasdan sonra isə sabiq SOCAR prezidentinin artıq AFFA ilə əlaqələrinin qalmayacağı çoxlarına məlumdur. İndi AFFA-da Rövnəq Abullayevin varisinin kim olacağı daha çox maraq doğurur və AFFA-nın İcraiyə Komittəsində bu məsələ hamının maraq dairəsindədir. Prezidentliyə əsas namizədlər Elxan Məmmədov və İsgəndər Cavadov hesab olunsa da, bəziləri hesab edirlər ki, son anda sürpriz bir isim AFFA prezidenti kürsüsündə oturacaq.
Mənbəmiz qeyd edib ki, İcraiyyə Komitəsində qarşıdan gələn konfransla bağlı ciddi narahatlıqlar da var. Çünki bəzi iddialara görə konfransdan əvvəl AFFA-da hərtərəfli yoxlamalar olacaq. Mənbə qeyd edib ki, Rövnəq Abdulalyevin AFFA-ya rəhbərlik etdiyi 16 il ərzində Futbol Federasiyasında kütləvi yeyintilər olub və İcraiyyə Komitəsinin bütün üzvləri bu korrupsiyaların birbaşa iştirakçılarıdır. Ona görə də belə hesab olunur ki, Rövnəq Abdullayevin AFFA-dan gedişi Azərbaycan futbolunun idarə edilməsində böyük dəyişikliklərə səbəb olacaq.
Qeyd edək ki, İctimai Televiziyaya verdiyi müsahibəsində “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov AFFA rəhbərliyini kəskin tənqid edib.