AFFA prezidenti Rövnəq Abdullayevin millinin yeni baş məşqçisinin kimliyi ilə bağlı mövqeyi bəlli olub.
Federasiya başçısı ölkənin bir nömrəli komandasının bir daha əcnəbi mütəxəssisə tapşırılmasının əleyhinədir.
O, qurumun rəsmi şəxsləri ilə söhbətində bu barədə fikrini bildirib. Abdullayev qey edib ki, uzun illərdir tətbiq olunan strategiya özünü doğrultmur,
iş başına gələn xarici çalışdırıcıların heç biri yığmaya yaxşı nəticə qazandırmağı bacarmayıb. AFFA-nın birinci şəxsi millinin yerli məşqçilərdən birinə tapşırılmasının ən düzgün seçim olacağını söyləyb.Sportinfo.az