Rövnəq Abdullayev Qurban Qurbanovla görüşdübackend
Bu gün – aprelin 13-də “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun 50 yaşı tamam olur.
“Yeni Gündəm” qurumun rəsmi saytına isttinadən xəbər verir ki, Bu münasibətlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurban Qurbanovla görüşüb. AFFA prezidenti təcrübəli mütəxəssisi əlamətdar yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.
Qurban Qurbanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdən sonra xatirə şəkli çəkdirilib.