AFFA prezidenti Rövnəq Abdullayev millinin futbolçularına gözləmədikləri xəbər verib.
Federasiya başçısı onlarla son görüşdə mükafatdan bəhs edib.
Bildirib ki, AVRO-2024-ün seçmə mərhələsinin dördüncü turunda Belçikaya 0:1 hesablı məğlubiyyətə rəğmən, sərgilənən oyun onun xoşuna gəlib və bu münasibətlə komandanı stimullaşdırmaq fikrindədir.
O, kollektiv üzvlərinin hər birinə 2500 manat ödəməyi planlaşdırdığını söyləyib.
Qurumun rəhbəri qarşılaşmadan əvvəl hamının böyükhesablı yenilginin olacağını proqnozlaşdırdığını, lakin meydanda bərabər mübarizənin getdiyini söyləyib.
Abdullayev «biz düzgün yoldayıq» ifadəsini işlədib, qarşıdakı turlarda qələbələrin qeydə alınacağına əminliyini ifadə edib.//Sportinfo.az