AFFA-nın yeni prezidenti Rövşən Nəcəf “Neftçi” və “Qarabağ” komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib.
Funksioner bu barədə mətbuat konfransında açıqlama verib.
O, bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacaqlarını söyləyib:
“Azərbaycan millisinin, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlimdən gələni edəcəyəm. Avropa yarışlarında komandalarımızın daha da irəli gedəcəklərinə inanıram. Qitə arenasında onların hamısına azarkeşlik edəcəyik, dəstəkləyəcəyik. “Qarabağ”ın son oyunları göstərdi ki, Azərbaycan adı altında çıxış edən istənilən klub ölkədə dəstəklənir”./Report