Xalq artisti Röya Ayxan gələn ay verəcəyi konsert günlərinin sayını artırıb.
“Yeni Gündəm” xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutacaq “Nazlı” adlı musiqili gecə 3 gün yox, 4 gün davam edəcək. Buna səbəb tədbirə marağın böyük olması və biletlərin uğurlu satışıdır.
Röya instaqram səhifəsində paylaşım edərək 6 mart tarixində konsertə girişin xanımlar üçün pulsuz olacağını, 7, 8, 9 mart tarixləri üçün biletlərin az sayda qaldığını qeyd edib.
Hazırda Röya Türkiyədə öz musiqiçiləri ilə konsertə hazırlaşır. “Nazlı” adlı konsert proqramına ümumi olaraq 14000 nəfər baxacaq.
Azərbaycanın ən iri və gözəl salonlarında biri olan Bakı Konqres Mərkəzində keçiriləcək 4 günlük konsert muğənni “Peachline” şirkəti və “Kevents” təşkilatçılığı ilə imza atacaq.
Artıq tükənmək üzrə olan biletlər https://iticket.az/events/concerts/roeya-nazli səhifəsindən əldə etmək olar.