Xalq artisti Röya Ayxan koronavirusla bağlı profilaktik tədbirlərlə əlaqədar təxirə salınan 4 günlük konsertinin yeni tarixlərini açıqlayıb.
“Yeni Gündəm” xəbər verir ki, müğənninin Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan “Nazlı” adlı solo konserti 14, 15, 16 və 17 may tarixində olacaq.
Qeyd edək ki, Röyanın 6,7, 8 və 9 mart tarixlərinə planlaşdırılan konsertlərinin hər birində 3 mindən çox tamaşaçının iştirakı gözlənilirdi.