Röya müəllim olmaq istəyirbackend

Xalq artisti Röya Ayxan özünü pedaqoq kimi sınamağa qərar verib.

“Yeni Gündəm” xəbər verir ki, buna təkan verən isə vaxtilə “W-Trio” qrupunda birgə səhnəyə çıxdığı müğənni Elnarə Xəlilova olub.

Sənətçi açıqlamasında ona və Natavan Həbibiyə sahib olduğu məktəbdə müəllimlik təklif edən Elnarənin fikirlərinə belə münasibət bildirib:

“Çox gözəl fikirdir və mən Elnarənin yanındayam. Hazırda solo konsertimə hazırlaşıram və buradan ona müraciət edirəm ki, məktəbində mənə bir otaq ayırsın. Mən orada dərs deyəcəm. Dahi deyiləm, estrada üçün nələrsə edə biləcəmsə, nə yaxşı! Doğurdan da, edərəm. Bəlkə də, tələbələr arasından elə biri çıxacaq ki, çoxdandır arzum olan prodüserlik fəaliyyətinə başlayım? Bəlkə də, konsert ərəfəsində məktəbə qonaq getdim. Bilmək olmaz”.

Qeyd edək ki, E.Xəlilova sənətçilərə müəllim olmaq təklifini “ATV maqazin onlarla” proqramında etmişdi.