Röyanın konserti yenə təxirə düşdübackend

Xalq artisti Röya Ayxan “Nazlı” adlı solo konsertinin tarixini növbəti dəfə dəyişdirib.
“Yeni Gündəm” xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan musiqili gecə payızda baş tutacaq. Belə ki, daha əvvəl 14, 15, 16 və 17 may tarixlərində keçirilməsi planlaşdırılan tədbir 1,2,3 və 4 oktyabrda baş tutacaq.
Qeyd edək ki, əvvəlcə mart ayında keçirilməsi düşünülən konsert Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq, may ayına keçirilmişdi.