Rüfət Quliyevdən Yenigundem.az saytına 6 yaş TƏBRİKİbackend

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev saytımızı yaranma günü münasibətilə təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, millət vəkili təbrikində saytın fəaliyyəti haqqında fikirlərini bildirib:

“İlk öncə mən sizi vətəndaş, ziyalı və millət vəkili kimi təbrik edirəm. Arzu edirəm ki, yeni-yeni uğurlara, yeni inkişafa doğru addımlayasınız. Bu gün ölkəmizdə yüzlərlə informasiya saytları var. Sizin saytınızın öz dəsti-xətti var. Yazılarınızda tam həqiqəti, reallıqları əks etdirirsiniz.

Bu o deməkdir ki, yüksək professionalizimin yiyəsisiniz. Bu gün ölkəmizə yüksək peşəkarlıq keyfiyyətinə malik media lazımdır. Dövlət başçısımız da bunu dəfələrlə qeyd edib.

Bir daha sizi təbrik edirəm. Saytın rəhbərliyi başda olmaqla bütün kollektivinizə can sağlığı arzu edirəm. Öz dəsti-xəttinizlə inkişaf etməyinizi diləyirəm”,- deyə deputat qeyd edib.