Rüfət Səfərovla bağlı qərar veildibackend

Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb. Binəqədi rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rüfət səfərov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

APA