Ruhi deputat olmaq istəyir – Qənirə Paşayevanın yerinə – ViDEObackend

Biznes-ledi Ruhiyyə Əliyevanın (Ruhi) növbəti parlament seçkilərində deputatlığa namizədliyini verəcəyi barədə iddialar ortaya atılıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Tovuzdan olan fəallar sosial şəbəkə hesablarında məlumat veriblər. Onların sözlərinə görə, Ruhi Əliyeva 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək.

Mərhum Qənirə Paşayevanın yerinə millət vəkili seçiləcəyi deyilən R.Əliyeva artıq Tovuz rayonunun sakinləri ilə əlaqələri genişləndirir, ehtiyacı olanlara yardımlar edir. Onun ehtiyacı olanlara sovqat paylaması barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məlumatlara görə, tanınmış biznes-ledi artıq özünün seçki qərargahını formalaşdırmağa başlayıb. Əslən Tovuzdan olan çoxlu sayda tanınmış ictimai-siyasi xadimin, iş adamının növbəti parlament seçkilərində Ruhiyyə Əliyevanın namizədliyini dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, 1977-ci ildə Tovuzun Aşağı Eyyublu kəndində dünyaya göz açan Ruhi Əliyeva YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəridir.

Ruhiyyə Əliyevanın seçicilərlə ilk təması kimi qiymətləndirilən həmin görüntüləri təqdim edirik:/Yenisabah.az