Qazaxda icra başçısının şəninə “rumka” qaldıran vəzifəli şəxslərin görüntüsü yayıldı
Qazax rayonunda maraqlı və eyni zamanda tənqid olunan hadisə baş verib. Rayonlararası Gözdən Əlillər Cəmiyyətinin sədri Akif Adamov rayondakı kafelərdən birində bir neçə nəfərlə spirtli içki qəbul edərkən qəflətən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yadlarına düşüb. Daha sonra onun şəninə “sağlıq” deyərək “rumka” qaldırıblar.
32gun.az-a daxil olan videoda məlum olub ki, “tost” deyən şəxs Kənd Qida İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanovdur. Həmin görüntülər isə Akif Adamovun oğlu Rafiq Adamov tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
Maraqlı məqam ondadır ki, hər iki vəzifəli şəxsin bu davranışı nəinki onların vəzifəsinə, həmçinin ictimai davranışlarına uyğun gəlmir. Sosial şəbəkələrdə yayılan bu görüntülər ciddi narazılıq yaradıb və cəmiyyət arasında ikrah hissi oyadıb.
Belə bir sual yaranır:
Nə üçün vəzifəli şəxslər dövlət nümayəndəsinin adını içki məclisinin mövzusuna çeviriblər?
İkrah hissi doğuran həmin görüntünü oxucularımıza təqdim edirik:
Mövzu ilə bağlı yeni məlumatları təqdim etməyə davam edəcəyik.
Ayxan