Rus hərbçiləri Ermənistanda kəşfiyyat apardılarbackend

Rusiya hərbi bazasının xüsusi təyinatlıları Ermənistanın dağlıq ərazilərində kəşfiyyat aparıblar.

“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin (CQD) Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı bölməsinin şəxsi heyəti yüksək dağlıq poliqonda ümumi təlimdə iştirak edib.

Hərbi qulluqçular yüksək dağlıq ərazilərdə kəşfiyyat-axtarış fəaliyyətini, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili üsullarını, əldəqayırma vasitələrdən kamuflyaj növlərini işləyiblər. Bundan əlavə, xüsusi təyinatlılar müxtəlif məsafələrdə və müxtəlif mövqelərdən müxtəlif təyinatlı hədəflərə müntəzəm silahlardan yüksək sürətlə atəş zərbələri endirib.

Fərahim Rəhimov