Rusiya Abxaziyanın hərtərəfli sosial-iqtisadi inkişafı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin qondarma Abxaziyaya səfirlərin etimadnaməsini təqdimetmə mərasimində deyib.
Mərasimdə Putin Abxaziyanı “strateji müttəfiq və ən yaxın qonşu” adlandırıb.
“Bu il biz mühüm tarixləri – Abxaziyanın müstəqilliyinin Rusiya tərəfindən tanınmasının, diplomatik münasibətlərin qurulmasının və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin imzalanmasının 15 illiyini qeyd edirik. Rusiya Abxaziyanın hərtərəfli sosial-iqtisadi inkişafı üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edəcək”, – Putin bildirib.
Putin etimadnaməsini, o cümlədən ABŞ-ın yeni səfiri Lin Treysini təqdim edib.
Səfirlərə müraciət edən Putin bildirib ki, Rusiya bütün ölkələrlə dialoqa hazırdır və özünü təcrid etmək niyyətində deyil.
Fərahim Rəhimov