Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hər iki hərbi gəmisi oktyabrın 12-də Bakı limanını tərk edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səfər müddətində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib, həmçinin hərbi dənizçilərin kəndir dartma və futbol üzrə yoldaşlıq görüşü keçirilib.