Stanislav Çerçesov Rusiya milli futbol komandasının məşqçisi vəzifəsindən azad edilib.
“Yeni Gündəm” “Rusiya Futbol Birliyi”nə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə müqaviləni ləğv etmək üçün ortaq qərar verilib və onun əvəzinə yeni namizəd axtarışlarına başlanılıb.
Namizədlər arasında Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv, İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç və Almaniyanın gənclərdən ibarət komandası ilə işləyən Ştefan Kuntz var.
Qeyd edək ki, S. Çerçesov 2016-cı ildən Rusiya yığmasına başçılıq edirdi.