“Rusiya orada baş verən bütün hadisələrə görə məsuliyyət daşıyır”-Qriqoryanbackend

Laçın dəhlizi Rusiyaya məxsusdur. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiyaya məxsusdur, orada Rusiya sülhməramlıları yerləşdirilib.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai televiziyasına müsahibəsi zamanı deyib.

Jurnalistin “nəzarət edir, yoxsa məxsusdur?” sualına isə Qriqoryan “aiddir” cavabını verib.

“Rusiya orada baş verən bütün hadisələrə görə məsuliyyət daşıyır”,-deyə o, əlavə edib.