Xəbər verdiyimiz kimi “Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyanın əksər şəhərlərinə uçuşların dayandırıb.
AZAL-dan verilən məlumata görə uçuşların dayandırılması təhlükəsizliyinin təmin edilməsi məqsədilə qərar verilib.
“Yeni Gundem” məlumat verir ki, Kazan, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov,Nijni Novqorod, və Vladiqafqaz reysi ilə uçan təyyarələr qeyri-müəyyən müddətə uçuşları dayandırılıb.
Sərnişinlər əldə etdiklər bilet ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malik olmaları ilə bağlı elan verilsədə də bir çox sərnişində narazılıq yaranıb.
Sosila şəbəkələrdə sərnişinlər şikayət edir. Belə ki, Kazana uçan sərnişin nağdsız bilet almasına görə ödənişi geri qaytarılmayıb deyə yazır. Digər sərnişin isə bildirir ki, bileti dəyişdirilmir AZAL-dan qeyd ediblər ki, həmin tarixdə biletlərin satılıb.
Qeyd edək ki, AZAL dan sosial şəbəkələrdə ve elektron mətbuatda kifayət qədər şikayətlər dərc olunmaqdadır.
Həmçinin dekabr ayında İstanbul- Bakı reysinə İstanbuldan bilet alan sərnişin səhhətində problem yarandığı üçün uçusdan öncə biletin vaxtının dəyişdirilməsi və geri qaytarılmasına görə müraciət etsədə imtina ediblər belə ki, aşağı büdcəli ödənişlə baqajsız bilet alındığını bəhanə gətirib vətəndaşın 577 manat pulunu qaytarmayıblar.
Rusiya şəhərlərinə uçuşları ləğv olunan reysləri ilə bağlı sosail şəbəklərdə bileti qaytara bilməyən şikayətlər var və heç biri araşdırlmır.XALQ.AZ
AZAL-dan bununla bağlı heç bir açıqlama almaq mümkün olmadı. Mövqelərini dərc etməyə hazırıq.