“Rusiya uğur qazana bilməyəcək” – Polşa prezidentibackend

Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə çıxışında deyib ki, Ukrayna və Polşanı mübahisələndirmək üçün Rusiya nümayəndələri tərəfindən edilən bütün cəhdlər uğursuzluqla nəticələnəcək.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, ruslar dəfələrlə Ukrayna ilə Polşa arasında münasibətləri pisləşdirməyə, ölkələri “parçala və hökm sür” prinsipi ilə bir-birinə qarşı yönəltməyə cəhd ediblər.

“Bu gün onlar həm də polyakları ukraynalılarla, ukraynalıları polyaklarla qorxutmağa çalışırlar. Amma uğur qazana bilməyəcəklər. Ona görə də bu gün biz buradan birlikdə Kremlə aydın mesaj veririk – siz bizimlə mübahisə edə bilməyəcəksiniz, bizi bir daha ayıra bilməyəcəksiniz, bir daha heç vaxt”, – Duda vurğulayıb.

Polşa dövlətinin başçısı xatırladıb ki, Ukrayna və Polşanı çoxillik ümumi tarix birləşdirir.

“Ona görə də biz tariximizin ən çətin səhifələrindən danışmaqdan çəkinmirik. Biz bunu Lvovda qartalların və Sich atıcılarının xatirəsinə birgə ziyarətlə nümayiş etdirdik. Bizim böyük tariximiz, böyük mədəniyyətimiz və gözəl gələcəyimiz var”, – deyə Polşa Prezidenti əlavə edib.

Fərahim Rəhimov