Rusiya-Ukrayna münaqişəsi nə zaman bitəcək? – POLİTOLOQLAR AÇIQLADIbackend

194 gündür ki,siyasi meydanda lider mövzu olaraq Rusiya- Ukrayna müharibəsi yer almaqdadır.

Tərəflər arasında savaşın ilkin rüşeymləri hələ 2014- cü ildə Krım məsələsi ilə başlanmışdır. Bu günə kimi nəticəsiz qalan Donbass gərginliyi isə 6000 dən çox şəxsin həyatına son qoyub. 2022 ci ildə siyasi mərkəzlər arasında yenidən söz əyriliyi baş verdi. Hadisələr Rusiyanın “Donetsk və Luqansk Xalq Respublika” larının rəsmən tanınması ilə başladı. Fevralın 24 də isə hərbi əməliyyatlarının başlanması ilə Ukrayna Rus işğalına məruz qaldı. Qərbin Ukraynaya verdiyi dəstək, nəhəng imperiyanı tora salmış oldu. Hazırda müharibə nəticəsiz olaraq davam edir. Sülh haqqında danışmağımızada heç bir əsasımız yoxdur. İndi hamını bir sual maraqlandırır.Rusiya – Ukrayna müharibəsi necə və nə vaxt bitəcək?

“Yeni Gündəm” olaraq bu suala cavab tapmaq üçün politoloqlara müraciət etdik.

Politoloq Tural İsmayılov bu sualın cavabını verməyin hələ çox tez olduğunu, sülh haqqında danışmağında hələ mümkün olmadığını bildirdi. O eyni zamanda müharibənin Ukraynanın Krım istisna olmaqla ərazi bütövlüyünün bərpa olunması ilə bitəcəyini də vurğuladı.

“Müharibənin sonu haqqında danışmaq hələ çox tezdir. Çünki müharibənin başlanmasının səbəbləri hələ bəlli deyil.

Ukraynanın hazırkı, hakimiyyəti Rusiyanın hər hansı bir təklifini qəbul etməyəcək. Hesab edirəm ki, Rusiya-Ukrayna münasibətləri arasında ki, lokal çarpışmalar, müharibə dövrünün gərginlikləri uzun illər davam edəcək. Ara-sıra az müddətli atəşkəslərin şahidi ola bilərik. Lakin müharibənin bitməsi, tərəflər arasında hər hansı sülhün əldə olunması, yaxın iki üç il ərzində real görünmür. Rusiya Ukrayna müharibəsi Ukraynanın ərazi bütövlüyünün bərpası ilə başa çatacaq. Lakin Krım məsələsi haqqında danışmaq da çətindir. Krımın azadlığı Rusiyada hakimiyyət dəyişikliyindən sonra baş verə bilər.”

Politoloq Elşad Həsənov isə Xersonda başlanan uğurlu Ukrayna hərbi əməliyyatının müharibə üçün dönüş nöqtəsi olacağını, eyni zamanda Ukraynanın hazırda Krımda uğurlu əməliyyatların aparılmasını açıqladı. Siyasi şərhçi həmçinin sentyabrın 8 də həll edici görüşün keçirilməsinidə qeyd etdi.


Hərbi ekspertlərin verdiyi rəyə əsasən Xerson döyüşləri müharibə üçün dönüş nöqtəsi olacaq. 8 sentyabr da Almaniyada ABŞ ın hərbi bazasında Ramstayn görüşü keçiriləcək. Bu həll edici görüş olacaq. Onlar Ukraynaya Haymarsın 300-500 km hədəfləri dəqiq vuran raketlərlə təmin edəcək. Onlar yeni növ silahlar verəcək ki, Ukrayna Silahlı Qüvvələri öz ərazilərini rus işğalından təmizləsin. Krımdada Ukrayna qoşunları uğurlu əməliyyatlar həyata keçiriblər. Rusiya -Ukrayna müharibəsi xeyir-şərin müharibəsidir. Bəşər dünyası həmişə xeyrin yanında olub. Bəşər dünyası Ukrayna tərəfindədir. Müharibə Ukraynanın ərazi bütövlüyünün bərpasının təmin olunması ilə başa çatacaq. Ancaq yaxın zamanlarda bunu gözləmək sadəlövhlük olar”

Politoloq İlyas Hüseynov müharibənin bitməsi üçün heç bir fəaliyyətin olmamasını diqqətə çatdıraraq qəbul edilmiş beynəlxalq qanunlarların da işlənməli olduğunu bildirdi.

“Bundan sonrada müharibə xeyli zaman davam edəcək. Çünki nə Rusiya məqsədinə çatıb, nə də ki, Ukrayna ərazi bütövlüyünü bərpa edib. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsindən sonra 24 fevral nizamı olmayacaq. Dünya artıq çox dəyişib. Beynəlxalq hüququn çox böyük transformasiyalara və islahatlara ehtiyacı var. BMT Təhlükəsizlik Şurasının işlək mexaniziminin olmaması ikili standartlara yol açır. Böyük dövlətlərdə bundan öz məqsədləri üçün istifadə edirlər. Ölkələrin suverenliyi prioritet olmalıdır .”

Dünyanın ən güclü, sürətli inkişaf dövründədə biz 1914-1918;1939-1945 ci illərin müasir formatlarını təhlil və müzakirə edirik. Görünən odur ki, dəyişən yalnız əsr, il və zamanlardır. Siyasətin bir əsas şərti var bacarırsansa düşməni əz, məğlub et, sonra hədəfini dəyişmədən onu dost et, sonra onlamüttəfiq ol, onu öz əlində bük.

Rusiya-Ukrayna müharibəsi haqqında danışanda cəmiyyət xeyir ilə şəri müqayisə edərək, qərbin böyük dəstəyindən danışır. Qərbi ədalətin simvolu kimi təqdim edir. Hətta onları qəbul edilmiş beynəlxalq hüquq və qanunlarların çarçısı kimi təqdim edirlər. 30 il tarixi Qarabağımız işğal altında qalanda isə Qərbin ədalətini görən olmadı.
Halbuki, müqəddəs məscidlərimizin donuzsuz qalmadığı dövrdə.

Fərahim Rəhimov

Yenigundem.az