Rusiya XİN: 9 noyabr 2020-ci il üçtərəfli razılaşması öz aktuallığını qoruyurbackend

Rusiya, Azərbaycan və Ermənistan arasında olan kompleks üçtərəfli razılaşmalar qüvvədədir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, erməni jurnalistin “Rusiya Sülhməramlı Kontingentinin Qarabağdan çıxarılmasından sonra 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşməsi ilə bağlı sualına belə cavab verib:

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları öz aktuallığını qoruyub saxlayır. Tərəflərdən heç biri onları rəsmi şəkildə imtina etməyib”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

APA