Rusiyanın feminist pan-rok qrupu “Pussy Riot”un üzvü Mariya Aleksina Moskvada həbs edilib.
“Yeni Gundem” “İnterfaks”a istinadən xəbər verir ki, ifaçının dəqiq hansı səbəbdən saxlanıldığı bilinməsə də, onun “Stop! QULAQ” (Həbs Düşərgələri İdarəsi – red.) şüarı yazılmış plakatı Böyük Daş Körpüdən asdığına görə tutulduğu ehtimal edilir.
Aleksinanın “Yakimanka” polis şöbəsinə göndəriləcəyi bildirilib.
Xatırladaq ki, Aleksina və “Dekommunizasiya” hərəkatının fəalları sözügedən plakatı noyabrın 14-də körpüdən asıblar.