Rusiyada növbəti prezident seçkilərinin VAXTI AÇIQLANDIbackend

Rusiya Federasiya Şurası bu il dekabrın 13-də keçiriləcək iclasda Rusiyada prezident seçkilərinin tarixini açıqlaya bilər.

Trend bu barədə Rusiya mediası parlamentdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbədən verilən məlumata görə, seçkilər 17 mart 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı müzakirələr davam etməkdədir. Vladimir Putin bu barədə qərarını 2023-cü ilin sonunadək elan edəcəyini bildirib.