Rusiyada polislər GÜLLƏLƏNDİ – Ölənlər varbackend

Rusiyanın Karaçay-Çərkəzdə Respublikasında naməlum şəxslər üç polisi güllələyiblər.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Nijni bazarı ərazisində DSX-nin üç nəfərlik dəstəsinə hücum edilib. Onlar növbətçi olub və ərazidə patrul xidməti həyata keçirərkən naməlum şəxslər onlara atəş açıb. Atışma nəticəsində yalnız bir işçi budundan və kürəyindən aldığı güllə yaraları ilə xəstəxanaya aparılıb. Tağım komandirinin müavini və onun ikinci tabeliyində olan əsgər qaça bilməyib. Hər üçünün xidməti silahları, həmçinin digər əşyaları oğurlanıb.

Bundan sonra ərazidə həyəcan siqnalı verilib və hadisəni törədən şəxslər axtarışına başlanılıb.