Çuvaşıstanın Kanaş şəhərində Şaxta baba paltarında olan şəxs yerli iş adamlarından birini odlu silahla qətlə yetirib.
Yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb.
Bildirilib ki, zərərçəkən əvvəllər hüquq-mühafizə orqanlarında işləyib.
Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir. Cinayətkarın vaxtilə məhz qətlə yetirilən şəxsin aşkarladığı faktlar nəticəsində həbs edildiyi bildirilir./APA