Sakit okeanda Rusiyanın Kuril adaları yaxınlığında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 42 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 95 km dərinlikdə yerləşib.