Rusiyadan Ermənistana sərt xəbərdarlıq!backend

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaqla bağlı planları tamamilə qəbuledilməzdir”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rəsmi Moskva sözügedən məhkəmə tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Roma əsasnaməsinə qoşulmaq istəyini tamamilə qəbuledilməz hesab edir.

Rusiya XİN-dəki mənbənin sözlərinə görə, Moskva belə bir qərarın mənfi təsirləri ilə bağlı İrəvana xəbərdarlıq edib.

Fərahim Rəhimov