Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi pis zarafatdır – Rusiya müstəmləkə müharibəsi aparır, onun lideri hərbi cinayətkardır.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O, Rusiyanın aprelin 1-də BMT Təhlükəsizlik Şurasının sədri olmasını tənqid edir.
“Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi pis zarafatdır. Rusiya onun yerini tutdu. O, müstəmləkə müharibəsi aparır, lideri uşaq oğurluğuna görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan hərbi cinayətkardır”, – Kuleba Twitter-də yazıb.
Onun sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasında olanda dünya təhlükəsiz yer ola bilməz.
“Rusiya BMT Təhlükəsizlik Şurasında olarkən dünya təhlükəsiz yer ola bilməz. Rusiya sonuncu dəfə Təhlükəsizlik Şurasına 2022-ci ilin fevralında sədrlik edib. O, fevralın 24-də Ukraynanı işğal edib”, – Kuleba yazıb.
Fərahim Rəhimov