Rusiyanın fövqəladə hallar naziri Azərbaycana gəldibackend

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycanda səfərdədir.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2 günlük səfər çərçivəsində iki ölkənin Fövqəladə Hallar Nazirlikləri xətti ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.