Macarıstan prezidenti Katalin Novakın bəyanatına görə, o, Ukraynadakı münaqişə ilə bağlı Rusiyanın qələbəsini hesab etməyən sülh planını dəstəkləyir.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir.
“Rusiyanın qələbəsini ehtiva etməyən sülh planına ehtiyacımız var. Bizim ümumi məqsədimiz Rusiyanın Ukrayna ərazilərindən qoşunlarını çıxarmasıdır”, – Katalin Novak Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra deyib.
O, Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynadığına görə Ərdoğana təşəkkür edib.
“Əsas məqsəd sülhdür və müharibənin genişlənməsinin qarşısını almaq üçün hər şey edilməlidir. Müharibə edən tərəflər danışıqlar masasına oturmalıdırlar. Sülh planına ehtiyac var”, – Macarıstan prezidenti bildirib.
Fərahim Rəhimov