Ruslar Xarkovu S-300 raketləri ilə bombalayıbbackend

Rusiya qüvvələri Xarkovun mülki infrastrukturunu və fərdi yaşayış evlərini S-300 raketləri ilə bombalayıb.

“Yeni Gundem” Ukrayna mətbuatına istinadən xəbər verir ki, ruslar Belqorod vilayəti ərazisindən Xarkova hücum ediblər.

“Rusiya işğalçı qoşunları yenidən şəhərimizi bombalayıb. Partlayış Novobavarsk vilayətində həyata keçirilib”, – Xarkov Rayon Prokurorluğunun mətbuat katibi Dmitri Çubenko bildirib.

Onun sözlərinə görə, infrastruktur obyektləri və şəxsi evlər ən azı altı S-300 raketi ilə vurulub.

Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Fərahim Rəhimov