Rusların Türkiyədə inşa etdiyi dünyanın ən təhlükəli yolu – FOTOLARbackend

Türkiyənin Trabzon şəhəri sərhədində yerləşən və 2016-cı ildə dünyanın ən təhlükəli yolu seçilən 3 min 500 metr hündürlükdə yerləşən Soğanlı dağındakı Dərəbaşı döngələri sürücülərə çətin anlar yaşadır.

“Yeni Gündəm” xəbər verir ki, avtomobildə səyahət etməyin cəsarət tələb etdiyi 13 təhlükəli döngəli yol son illərdə adrenalin həvəskarlarının sevimlisinə çevrilib.

Bu yolun Boliviyadakı “ölüm yolu”ndan daha təhlükəli olduğu bildirilir. Yolun 1916-cı ildə rus əsgərləri tərəfindən inşa edildiyi təxmin edilir.

Qeyd edək ki, bura 2016-cı ildə “www.dangerousroads.org” saytı tərəfindən dünyanın ən təhlükəli yolu seçilib.