Rüstəm Orucov Olimpiya çempionuna qalib gəldi – Avropa Oyunlarıbackend

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo yarışlarının ikinci gününə start verilib.

“Yeni Gundem” xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rüstəm Orucov mübarizəyə qələbə ilə başlayıb. Orucov 1/16 finalda Monteneqro təmsilçisi Sedrik Bessinlə üz-üzə gəlib. 28 yaşlı idmançımız rəqibini 57 saniyəyə ipponla üstələyib. 1/8 finalda isə Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olan italiyalı Fabio Bazile ilə qarşılaşıb. O, Olimpiya çempionuna 3 dəqiqə 27 saniyəyə qalib gələrək, 1/4 finala yüksəlib.

Qeyd edək ki, eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Hidayət Heydərov da 1/8 finala adlayıb. O, 1/16 finalda macarıstanlı Mikloş Unqvariyə vaza-ari xalı ilə qalib gəlib. Heydərovun növbəti rəqibi Din Yaakov Gemer olacaq.