Rüstəm qələbə ilə başladı, Hidayət məğlubiyyətlə üzləşdibackend

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

“Yeni Gündəm” xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı – Rüstəm Orucov, Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə başlayıb.

Kişilər
73 kq

Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib.

81 kq

Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırıb, Hidayət Heydərov isə eyni mərhələdə Gilyerme Şmidtə (Braziliya) uduzub