Saatlı rayonunda şagirdlər İlahiyyat İnstitutu haqqında məlumatlandırılıblarbackend

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləridavam edir. İnstitutun növbəti səfəri Saatlı rayonuna olub.

Aİİ-dən ”Yeni Gundem”-ə verilən məlumata görə, tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Saatlı Rayon İcra Hakimiyyəti aparatının böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibiMehriban Ağayeva giriş sözü ilə çıxış edərək, ölkəmizdə Vətənini sevən, onu layiqincə qoruyub təmsil edən, yüksəkixtisaslı gənclərin hazırlanmasının vacibliyinə toxunub. M.Ağayeva ölkəmizdə mövcud din siyasətinin ümumi prinsiplərindən bəhs edərək, Aİİ-də təhsil alıb məzun olan savadlı din xadimlərinə böyük ehtiyac duyulduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İmişlibölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov təmsil etdiyi qurumun fəaliyyəti, Aİİ-nin yaradıma məqsədi haqqında məlumat verib. Azərbaycan İlahiyyat İnstitutunda təhsil almağın üstünlükləri və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin yaranması, fəaliyyəti və qarşıda duran hədəfləri barədə geniş məlumat verib.

M.Mürsəlov bildirib ki, ali təhsil müəssisəsinin əsas məqsədi sağlamdüşüncəli, Vətənini sevən, milli məfkurəyə sahib, mənəvi dəyərlərimizi qoruyan din xadimləri və dinşünas mütəxəssislərin hazırlanmasıdır. Ölkəmizdə mövcud olan sağlam dini mühiti qorumağın vacibliyini qeyd edən M.Mürsəlov vurğulayıb ki, yad qüvvələrin birgəyaşayış ənənəmizə, tolerant mühitimizə xələl gətirməsinə imkan verməməliyik.

M.Mürsəlov ölkəmizdəki mövcud din siyasəti haqqında söhbət açıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Aİİ-nin müəllimi Faiq Əhmədzadə gənclərin dinə maraqlarından, İlahiyyat İnstitutunda təhsilin üstünlüklərindən söhbət açıb. O qeyd edib ki, ali təhsil müəssisəsinə qəbul olan abituriyentlər ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanırlar. Həmçinin tələbələryeməkpulu ilə təmin edilir, dərslərdən əlavə, ödənişsiz xarici dil kurslarına qatılır və digər üstünlüklərə malik olurlar.

İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev bölgədəki din xadimlərinin fəaliyyətindən söhbət açıb. Bildirib ki, övladlarımız öz vətənlərinə bağlı, milli ruhda tərbiyə olunmalı, dini bilgilər doğru və düzgün formada təbliğ olunmalıdır.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul şərtləri barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul həy. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında da ətraflı bəhs edib.

Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.