Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Yeni Gundem”-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.
Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.