“Sabah”ın futbolçusu Niderland klubunda – Rəsmibackend

“Sabah” və Niderlandın “Telstar” klubu arasında Ozan Can Kökcünün icarəyə verilməsilə bağlı razılıq əldə olunub.

“Yeni Gündəm” xəbər verir ki, müqaviləyə əsasən, gənc yarımmüdafiəçi bu mövsümün sonuna kimi Niderland 2-ci liqa təmsilçisində çıxış edəcək.

Ozan Can Kökcü 2019-cu ilin yayından “Sabah”da çıxış edir. Bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu, “göy-ağ” formada 29 oyun keçirib, 1 qola imza atıb. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb./ Qol.az