Sabiq deputatın qardaşına məxsus olduğu bildirən tikinti şirkəti də cərimələnir – Əmək hüquqları pozulubbackend

Sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus olduğu bildirilən tikinti şirkəti – “Vialon” MMC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”-in xəbərinə görə, Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.