Sabiq icra başçısına məxsus olduğu bildirilən klinikaya yazılan protokola bu tarixdə baxılacaqbackend

“Vimay-med” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

“Yeni Gundem”-in xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə mayın 21-də baxılacaq.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-ci (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir maddəsinə əsasən tərtib olunub.

Qeyd: Klinikanın Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovaya məxsus olduğu bildirilir.