Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldubackend

2021-ci ilin noyabrın 25-də Qəniyevlər ailəsi dəhşətli xəbər alıb.

Sabirabad rayonu Ətcələr kəndi ərazisində Sarvand kənd sakini 41 yaşlı Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilin yanması və onun tam yanmış meyidinin tapılması barədə qohumlara məlumat verilib.

Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfindən şübhəli hal kimi qeydə alınıb. Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafət Qəniyevin bütün yaxınları onun öldüyünü düşünüb. Hətta dəfn mərasimi keçirilib.

Məhkəmə tibbi ekspertizasının rəyi ilə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyi bilinmədiyi ortaya çıxıb. Bundan sonra əməliyyat istintaq qrupu araşdırmalara başlayıb. Üstündən bir il keçəndən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb.

Bu zaman o, hüquq-mühafizə orqanlarının əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa cəlb olunub.

Daha ətraflı video-materialda: