Sosial şəbəkələrdə Sabirabad və Saatlı rayonları arasında yerləşən təbii gölün tullantılarla çirkləndilirilməsiinə dair görüntülər yayaılıb. Gundeminfo.az xəbər verir ki, vətəndaş Əlisa Həsənov paylaşdığı videoada qeyd edir ki, Sabirabad Rayon Mənzil Təsərrüfat Birliyinin işçiləri Sa birabad rayonu ərazisində yerləşəmn təbii göl. rayon ərazisindən topladıqıarı zibilləri atırlar.
Əlisa Həsənov iddia edir ki, Sabirbad rayon müvafiq idarəsinin əməkdaşları rayon ərazisindən yığdıqları zibilləri Sabirabad şəhərinin ərazisində yerləşən el arasında “Çökək çala” kimi tanınan əraziyə boşaldırllar.
Hansı bu təbii su hövzəsinin yaxınlığında şəhər əhalisi məskunlaşb. İddialara əsasən Rayon Mənzil Təsərrüfat Birliyinin rəhbərliyi tullanrıları daşıyan nəqliyyat vasitələrinə yetərincə yanacaq vermədiklərinə görə onlar da həmin tullantıları şəhər ərazisində, əhalinin sıx məskunlaşdığı gölə atırlar.
Qeyd edək ki, dəfələrlə bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müüraciət edilsə də, heç bir tədbir görülməyib.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.