Sabirabadda motosiklet aşıb, xəsarət alanlar varbackend

Sabirabad rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosiklet yolun kənarına aşıb.
Qəza nəticəsində rayonun Kürkəndi kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Cahangir Habil oğlu və 1992-ci il təvəllüdlü Vəliyev Məhəmməd Lələxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.