Sabirabadda qatarla traktor toqquşub, sürücü ölübbackend

Sabirabadda qatarla traktor toqquşub.

Hadisə Sabirabad rayonunun Xəlifəli kəndində qeydə alınıb. Qorunmayan dəmiryolu xəttini keçən traktoru qatar vurub. Nəticədə traktorun sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı xətt polisində araşdırma aparılır./APA