Sabirabadda 3 000-ə yaxın insanın yaşadığı şəhid Mehman Məmmədov küçəsinin sakinləri yollarının baxımsız vəziyyətdə olmasından şikayətçidirlər.
“Yeni Gundem” xəbər verir ki, vətəndaşlar dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini bildirsələr də, problemə baxılmadığını iddia edirlər.
“Yollarımızın vəziyyəti pisdir, uşaqlar məktəbə gedə bilmirlər. Maşın olmasa, palçığa görə heç kim heç yerə gedə bilməz. Bura şəhid küçəsidir, amma gəlib baxan yoxdur”, – sakinlərdən biri narazılığını bildirib.
Vətəndaşların şikayətinə cavab olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, yaxın zamanda bütün şəhid küçələri kimi Mehman Məmmədov küçəsinə də asfalt vurularaq abadlaşdırılacaq.
Daha ətraflə Baku TV-nin süetində: