Sabunçuda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıbbackend

Mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan “Yeni Gundem”-ə verilən məlumata görə, aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.