Biz pensiyaların inflyasiyadan 3 dəfə artıq indeksasiyasını aparırıq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu, Azərbaycan hökumətinin ən mütərəqqi addımıdır: “Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57 % yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”./APA